"HAKAN FOODS AZERBAIJAN TRADING CO LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ müstəqil təsərrüfat subyekti olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər qanunvericilik aktlarına və Nizamnaməyə müvafiq olarq 2001-ci ildən "Kral" markası altında ekoloji təmiz Kolbasa, Sosiska, Servelat, Vetçina, Mal delikatesi və s. ət məhsulları istehsalına başlamışdır.
Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu milli iqtisadi inkişaf modelinin Cənab prezidentimiz İlham Əliyevin bilavasitə rəhbərliyi altında reallaşdırılması nəticəsində ölkəmizdə təsərrüfat subyektləri üçün əlverişli iqtisadi mühit yaradılmışdır. Məhz belə bir şəraitdə şirkətimizin əsas məqsədi dəyişən, dinamik milli iqtisadiyyatımızın keyfiyyət tələblərinə cavab verən istehsalçısı və istehlakçısı olduqumuz ekoloji təmiz, keyfiyyətli məhsullarımızla daxili və xarici bazarları təmin etməkdən ibarətdir.
"HAKAN FOODS AZERBAIJAN TRADING CO LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ "Kral" markası altında 18 ilə yaxindır ki, Avropa standartlarına cavab verən ekoloji təmiz ət məhsulları ilə ölkə bazarını təmin edir.
Məhsulların istehsalında istifadə olunan xammaddələr keyfiyyətli və bütün müasir standartlara cavab verən Avropanın öndə gedən şirkətlərinin avadanlıqlarında istehsal olunur.