XƏBƏRLƏR

Yavuz Həsənov: Tarixi torpaqlarımıza bağlılığımızı da təlqin edirik

Yavuz Həsənov:
"Hakan Foods” MMC təxminən 42 adda kolbasa və sosiska məhsulları istehsalı üçün “Halal Qida” Dövlət Standartı üzrə uyğunluq və gigiyenik sertifikatlarına layiq görülüb. İllik istehsal gücü 2500 tona çatan ət emalı sahəsində müxtəlif çeşidlərdə məhsul istehsal edilir. “Kral” markası altında istehsal olunan ət məhsullarına Azərbaycanın qədim və tarixi diyarlarının, şəhərlərinin adları verilib. “Zəngəzur”, “Gümrü”, “Dərələyəz”, “Vedibasar”, “Göyçə” və başqa adlarda istehsal olunan ət məhsulları yüksək keyfiyyəti ilə yanaşı eyni zamanda tarixi torpaqlarımıza bağlılığımızı da təlqin edir.